Ağdamda ekskavator tank əleyhinə minaya düşüb

Ağdamda ekskavator tank əleyhinə minaya düşüb

Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədov hər hansı xəsarət almayıb, ekskavatora ziyan dəyib.
Ağdam Rayon Prokurorluğundan SİA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə