36 yaşlı kişi boynundan bıçaqlanıb

36 yaşlı kişi boynundan bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində mübahisə zəminində boynundan və döş qəfəsindən bıçaqlanan 1985-ci il təvəllüdlü Ağacanov Elgün Ağacan oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə