Bakıda avtobus piyadanı vurub

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə dayanacaqda qeydə alınıb. 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayanacaqda gözləyən Əzimov Tofiq Xıdır oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Faktı Nizami Rayon Polis İdarəsi araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə