Bir şəxs bank binasını partlatmaqla hədələyib

Bir şəxs bank binasını partlatmaqla hədələyib

Monteneqronun sahilindəki Bar şəhərində bir nəfər NLB bankının binasına girişə maneə törədib və onu partlatmaqla hədələyib. SİA xəbər verir ki, bu barədə həmin ölkənin milli televiziyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, kredit təşkilatının ofisi yaşayış binalarından birində yerləşir. Hədələyən şəxs əldəqayırma partlayıcı qurğunu işə salacağını bildirib. Həmin şəxs onu da bildirib ki, mismarla təchiz etdiyi partlayıcıdan əlavə, tapança, gülləkeçirməz jilet və qaz maskası var.

Polis insanları binadan təxliyə edib, hazırda bina mühasirəyə alınıb, danışıqlar aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə