Gəncədə yeniyetmə dəm qazından zəhərlənib

Gəncədə yeniyetmə dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

SIA-nın məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

2008-ci il təvəllüdlü R.Allahverdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumatıa görə, 13 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə