74 yaşlı qadını avtomobil vuraraq öldürüb

74 yaşlı qadını avtomobil vuraraq öldürüb

Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA-nın cənub bürosunun verdiyi məlumata görə, Nadir Baladadaş oğlu Əliyev idarə etdiyi 42-BR-566 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə 1948-ci il təvəllüdlü Sofiya Vahab qızı Səfərovanı vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə