Zəlzələ baş verib 6,0 BAL GÜCÜNDƏ

Zəlzələ baş verib 6,0 BAL GÜCÜNDƏ

Sakit Okeanın Polineziya Krallığının Tonqa sahillərində 6,0 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla günorta saatlarında qeydə alınıb. Yeraltı təkanların episentri 22,4 min nəfər əhalisi olan Nukualofa şəhərindən 480 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 105 kilometr dərinlikdə olub.

Mümkün tələfat və dağıntılar barədə məlumat alınmayıb, sunami təhlükəsi elan edilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə