Kaliforniya sahillərində bir nəfər həyatını itirib AKULANIN HÜCUMU NƏTİCƏSİNDƏ
Kaliforniya ştatının Morro Bay sahillərində bir kişi köpək balığının qurbanı olub. SİA xəbər verir ki, bu barədə dekabrın 25-də yerli polisin informasiyasına istinadən CNN məlumat yayıb.
"Liman, polis və yanğınsöndürmə orqanları yayılan xəbərə dərhal reaksiya verib və köpəkbalığının hücum etdiyi şəxsi sudan çıxarıb", dedi yerli polis idarəsi bildirib.
Liman direktoru Erik Endersbin bildirib ki, San Luis Obispo İlçe Koroner Ofisi qurbanın şəxsiyyətini müəyyənləşdirib və qurbanın adını açıqlamadan əvvəl onun yaxın qohumlarını xəbərdar etməyə çalışır.
Liman direktoru hadisəni dəhşətli adlandırıb və qeyd edib ki, hazırda hava şəraiti ilə əlaqədar sörfinq şəraiti yaxşı deyil, ona görə də sörfçülər çox deyil. Lakin təhlükəsizlik səbəbi ilə suya giriş hələ də bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB