ABŞ-da təyyarədə olan iki sərnişin yanlış taxılan maskaya görə dava edib. SİA xəbər verir ki, bu barədə Mail Online məlumat yayıb.
Məlumatda qeyd olunur ki, insident Los-Ancelesdən Memfisə uçan təyyarənin göyərtəsində baş verib.
Bildirilir ki, qarşıdan gələn katolik Milad bayramına hədsiz dərəcədə sevinən şəxs spirtli içkilərdən sui-istifadə edib və maska taxmaq tələbinə məhəl qoymadan gəminin qalan sərnişinlərini qıcıqlandırıb. Daha çox qonşu oturacaqda oturan sərnişin qıcıqlanıb. Tərəflər arasında söz-söhbət olub, bundan sonra qorxmuş sərnişinlərin qışqırtıları altında onlar davaya girərək bir-birinin saçından dartmağa başlayıblar.
Münaqişəyə başqa bir səyyah da müdaxilə edib və o, dava edənləri ayıra bilib. Hadisə yerinə polisin cəlb edilib-edilmədiyi və dava edənlərə qarşı hansı tədbirlərin görüldüyü barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB