Canavar sürüsü zooparkın qapalı ərazisindən qaçıb ONLARDAN DÖRDÜ GÜLLƏLƏNİB
Monredon-Labessonye şəhərinin zooparkında son dərəcə faciəvi nəticələrə səbəb ola biləcək bir hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir canavar sürüsü zooparkın qapalı ərazisindən qaçıb.
Vəhşi yırtıcılar zooparkın ərazisini tərk edə bilməyiblər, ona görə də xəsarət alan almayıb və insanlar dərhal təxliyə ediliblər.
Doqquz canavardan dördü güllələnib, qalanları isə zooparkın qapalı ərazisinə qaytarılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB