Iki nəfər kütləvi yol qəzasının qurbanı olub VOLQOQRAD YAXINLIĞINDA
Volqoqrad yaxınlığında böyük yol qəzası baş verib və bir anda altı avtomobil toqquşub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatını TASS Agentliyi yayımlayıb.
İlkin məlumata görə, qəzaya səbəb "İnfiniti" markalı avtomobilin qarşı zolağa çıxması olub və sürücü buz bağladığından nəqliyyat vasitəsinə idarəetməni itirib.
"Novoanninski rayonunda 6-dan çox avtomobil toqquşub. Ölən və yaralananlar var. İlkin məlumata görə, "İnfiniti" markalı avtomobil sürüşkən ərazidə sürüşərək qarşıdan gələn zolağa çıxıb və orada ağır yük maşını ilə qarşı-qarşıya toqquşub. "İnfiniti" markalı avtomobildə iki sərnişin həlak olub, sürücünün vəziyyəti çox ağırdır", deyə məlumatda bildirilir.
Zərərçəkənlər arasında azyaşlılar da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB