Şəkidə baş verən yol qəzasında bir nəfər həlak olub

Şəkidə baş verən yol qəzasında bir nəfər həlak olub

Hadisə gecə saatlarında rayonun Aşağı Küngüt kəndi ərazisində baş verib.

SİA-nın məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakini, 1995-ci il təvəllüdlü Mehman Əhməd oğlu Ələsgərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən ölüb. Daha bir nəfər, Oğuz rayon sakini Elsevər Vüqar oğlu Rəcəbli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə