Elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar FOTO
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB