İsmayıllıda su quyusu uçdu, fəhlə öldü

İsmayıllıda su quyusu uçdu, fəhlə öldü

İsmayıllı rayonunda su quyusunun uçması faciə ilə nəticələnib. İsmayıllı rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, hadisə rayonun Zərgəran kəndində baş verib.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü İbadov Mehdiqulu Buxar oğlu kənd ərazisindəki həyətyanı sahəsində qazılmış su quyusunda təmir işləri gördürərkən quyu uçub.

Hadisə nəticəsində quyuda təmir işləri aparan, İsmayıllı rayonunun Təzəkənd kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu uçqun altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə