Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Kərgəlan kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB