Bakıda qəza zamanı avtomobil yanıb

Bakıda qəza zamanı avtomobil yanıb

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə Xəqani və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

“Haval” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirdiyindən “Mercedes” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Haval” işıq dirəyinə çırpılıb. Qəza zamanı “Mercedes” yanğın baş verib. Əraziyə FHN-nin DYMX-nın əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə