Masallı rayon sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb

Masallı rayon sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya bildiriblər ki, Masalı Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri M.Məmmədov, G.Adiyev, F.Orucov və Ş.Şirməmmədovdan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə