Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib

Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib

Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.

SİA xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə