Salyanda iki qardaş yol qəzasında xəsarət alıb

Salyanda iki qardaş yol qəzasında xəsarət alıb

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1968-ci il təvəllüdlü Abışov Mübariz Hekayət oğlu və qardaşı, 1970-ci il təvəllüdlü Abışov Əfqan Hekayət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə