Dava edənləri ayırmaq istəyən gənc bıçaqlanıb

Dava edənləri ayırmaq istəyən gənc bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə 2 nömrəli peşə litseyinin yataqxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Əsədov Fərman Tahir oğlu yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri F.Əsədova bıçaq zərbələri vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə