Ekvadorda avtobus qəzaya uğrayıb...

...onlara ölü və yaralı var
Ekvadorda avtobus qəzaya uğrayıb...

Ekvadorun cənubunda Morona Santyaqo əyalətinin Sukua kantonunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə məlumatı yerli qurumlar yayıb.

Bildirilir ki, şənbə günü gecə radələrində Huambi yaşayış məntəqəsində Macas-Loja marşrutu üzrə hərəkət edən avtobus hərəkət zolağından çıxaraq aşıb. Azyaşlı və böyüklərin də olduğu 25 yaralının müxtəlif yerli xəstəxanalara aparıldığı qeyd olunur.

Hadisə yerinə müvafiq xidmətlərin qüvvələri, o cümlədən xilasedicilər, təcili tibbi yardım cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə