Italiyada yaşayış kompleksində partlayış olub

Italiyada yaşayış kompleksində partlayış olub

Siciliya adasının cənubundakı Ravanusa şəhərində yaşayış kompleksində baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub.

SİA xəbər verir ki, 50 yaxın insan evsiz qalıb, yerli dövlət qurumları onları müvəqqəti evlə təmin etməyi təklif edib. Dağıntılar altında qaldığı ehtimal edilən 5 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə şənbə günü gecə baş verib. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub. Partlayışın gücündən qonşuluqdakı üç qeyri-yaşayış binasını dağılıb və daha üç binanın şüşələrini sınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə