Quba rayonunun Çartəpə kəndinin sakini Toğrul Orucovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etməsi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan SİA-ya bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB