Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən naməlum yaşlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB