Kokain narkobaronu bir nəfəri bıçaqlayıb

Kokain narkobaronu bir nəfəri bıçaqlayıb

"Kokain narkobaronu" ləqəbli nigeriyalı Antonio Adetokumbo yenidən cinayət hadisəsi törədib. SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə o, bıçaq götürərək Moskvada bir kişiyə hücum edib. Hadisə səhər saatlarında Çertanovskaya küçəsində baş verib. Əcnəbi rəqibinə çoxsaylı bıçaq və kəsici xəsarətlərlə xəsarət yetirib. Nəticədə vəziyyəti ağır olan 30 yaşlı zərərçəkmiş paytaxt klinikalarından birinə yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Adetokumbo polis əməkdaşına hücum edib. O, polis avtomobilində olduğu zaman asayiş keşikçisinin sifətinə vurub.

Xatırladaq ki, Antonio Adetokumbo 2002-ci ildə yüksək profilli kokain işində iştirakçı olub. Onda nigeriyalının 27 yaşı var idi. O, Moskvaya RUDN Universitetində təhsil almaq üçün gəlib, lakin cinayətkarlarla əlbir olub və gecə klublarında narkotik satmağa başlayıb. Afrikadan olan qohumları ona kokain tədarükündə kömək ediblər. Tezliklə polis əməkdaşları cinayət sxeminin üstünü açıb və Adetokumbonu saxlayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə