Qatar vuraraq ölümcül yaralayıb YAŞLI CÜTLÜYÜ

Qatar vuraraq ölümcül yaralayıb YAŞLI CÜTLÜYÜ

Samarada qatar işıqforun qırmızı işığında yolu keçən iki nəfəri vurub. SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 11-də səhər saatlarında Samaradakı Tolevaya stansiyasının piyada keçidində baş verib. Qatar maşinisti təcili əyləci tətbiq edərək yüksək səslə siqnal versə də, faciənin qarşısını almaq mümkün olmayıb. 81 yaşlı kişi və 79 yaşlı qadın ölümcül yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə