İctimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya bildiriblər ki, rayon sakini Sərxan Abdurəhimovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib. Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində aşkarlanıb.

S.Abdurəhimovla izahedici söhbətlər aparılıb və o, yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə