Kömür şaxtasında xəsarət alanların sayı 106 nəfərə çatıb - RUSİYADA

Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı artıb. Bu barədə SİA TASS-a istinadən xəbər verir.

Bildirilir ki, daha 7 mədən xilasedicisi Kuzbasda xəstəxanaya yerləşdirilib.

Bununla da “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində xəsarət alanların rəsmi sayı 106 nəfər təşkil edir.

Hazırda 10 nəfər stasionar müalicədədir. Bir nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir, 96 nəfərin ambulator müalicəsi aparılır.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə 51 nəfərin, o cümlədən 5 mədən xilasedicisinin ölümünə səbəb olub. Faktla bağlı iki cinayət işi (istehsalat təhlükəsizliyinin pozulması və səhlənkarlıq maddələri ilə) başlanıb. Beş nəfər həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə