Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə