Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək bank kartlarından müxtəlif məbləğlərdə pulları mənimsəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, bir qrup rayon sakini Laçın RPŞ-yə müraciət edərək müxtəlif məbləğlərdə pullarının mənimsənilməsi barədə məlumat veriblər. Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək onlara məxsus bank kartlarından pulları çıxararaq mənimsəməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Ayxan Qarayev və Elmir Əliyev saxlanılıblar. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...