Yevlaxda bir ailə dəm qazından zəhərlənib

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

SİA-nın yerli müxbirinin xəbərinə görə, hadisə Yevlax şəhəri Fəxrəddin Kərimov küçəsində qeydə alınıb.

32 yaşlı Həsənova Elza Elsəvər qızı, 30 yaşlı Həsənova Brilliant Elsəvər qızı, 9 yaşlı Kərimov Mehdi Sadiq oğlu, 7 yaşlı Kərimova Rəhimə Sadiq qızı və 3 yaşlı Kərimov Məhəmməd Sadiq oğlu zəhərlənmə diaqnozu ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ailənin bütün üzvlərinin vəziyyətləri stabildir. Onlar ilkin müalicə və müayinə olunduqdan sonra evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə