"Williams" komandasıının yaradıcısı vəfat edib

"Formula 1"in "Williams" komandasının yaradıcısı və sabiq rəhbəri Frenk Uilyams vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə komandanın "Twitter" səhifəsində paylaşım edilib.

Məlumata əsasən, Uilyamsın 79 yaşı olub. Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, britaniyalı Frenk Uilyams "Williams" komandasını 1966-cı ildə yaradıb. Son dəfə 1997-ci ildə olmaqla komanda 9 dəfə Konstruktorlar Kubokunun qalibi olub.

"Williams" yarandığı müddətdən sonrakı dövrdə komandanın pilotları 114 dəfə müxtəlif Qran Prilərdə qalib gəlirlər. Komandanın 7 pilotu dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə