...xəsarət alanlar var

Biləsuvarda avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb.

SİA-nın cənub bürosunun verdiyi məlumata görə, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü İlqar Mehman oğlu Atakişiyev "BMW" markalı avtomobillə Biləsuvar şəhərində hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə