Meksikada ağır yol qəzası olub...

...çox sayda ölən və yaralanan var

Meksikanın Hokisinqo rayonunda sərnişin avtobusu yaşayış evinə çırpılıb.

SİA-nın xarici mətbuatdan əldə etdiyi məlumata görə, qəza nəticəsində 19 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəza yerinə çox sayda təcili yardım briqadaları, həmçinin helikopterlər cəlb edilib.

Bildirilir ki, qəzaya səbəb avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə