Biri azyaşlı olmaqla üç nəfər xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 15 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

Sutka ərzində FHN-in qüvvələri tərəfindən biri azyaşlı olmaqla, üç nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə