...qəzaya səbəb olan sürücü aradan çıxıb
Bakının Nərimanov rayonunda 6 avtomobil toqquşub.
SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
“AzSamand” markalı avtomobil prospektdə əks istiqamətə doğru hərəkət edib. Bu zaman sözügedən avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətdə olan “Mercedes”, “Hyundai”, “Naz Lifan”, “Toyoto” və “KİA” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində “Toyota”da olan bir nəfər xəsarət alıb. Hadisəni törədən sürücü isə ərazidən yayınıb.
Faktı Nərimanov Rayon Polis İdarəsi araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB