Bulvarda yanğın baş verib YANĞINSÖNDÜRƏNLƏR HADİSƏ YERİNDƏDİRLƏR
Parisdə Opera meydanı yaxınlığında, Kapusin bulvarında güclü yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Paris polisi prefekturası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, yanğınsöndürənlər hadisə yerindədirlər və işləyirlər.
"Boulevard des Capucines”də yanğın var. Yanğınsöndürənlər hadisə yerindədirlər. Buradan uzaq olun", deyə prefektura öz Twitter səhifəsində qeyd edir.
Hələlik yanğının səbəbləri barədə məlumat verilmir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB