Ankarada yaşayış binasında partlayış olub...

...ölənlər və yaralananlar var
Ankarada yaşayış binasında partlayış olub...

Türkiyənin paytaxtı Ankara şəhərində 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.

SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışa səbəb qaz sızması olub. Binanın bir hissəsi çöküb.

Bildirilir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə