Fırıldaqçı cütlüyə 23 il həbs cəzası verilib

Fırıldaqçı cütlüyə 23 il həbs cəzası verilib

ABŞ-da saxta və ya oğurlanmış şəxsiyyətlərlə koronavirus yardımı üçün müraciət edən və 20 milyon dollar alan cütlük, avqustun 29-dan bəri gizləniblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, FTB şərti həbs cəzasına məhkum edilən cütlüyün axtarışındadır. Los-Ancelesdən olan 43 yaşlı Riçard Ayvazyan və onun 37 yaşlı həyat yoldaşı Marietta Terabelyan bank fırıldaqlarında və saxta pulların istifadəsində təqsirli biliniblər. Məhkəmə Ayvazyanı 17 il, Terabelyanı isə 6 il müddətinə azadlıqdan məhrum edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə