Rusiyada azyaşlı evdə yanaraq ölüb

Rusiyada azyaşlı evdə yanaraq ölüb

Rusiyanın Krasnoyarsk diyarında yaşayış binasında yanğın baş verib. Bir uşaq ölüb, üç azyaşlı və bir böyük xəstəxanaya yerləşdirilib.

SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın Nazorovo şəhərinin Sovetskaya küçəsində taxtadan tikilmiş yaşayış binasında qeydə alınıb. Yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə