Tələ səbəbindən bala filin xortumu kəsildi

Tələ səbəbindən bala filin xortumu kəsildi

İndoneziyada brakonyerlər tərəfindən tələyə düşən və sürüdən geri qalan fil balasının xortumu kəsilməli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasında nəsli kəsilməkdə olan fil növlərindən biri brakonyerlərin qurduğu tələyə düşüb. Adada yaşayan 700 vəhşi Sumatra filindən biri olan bala filin 1 yaşında olduğu açıqlanıb. Təbiəti mühafizə agentliyinin işçiləri Akeh Yaya bölgəsindəki Alue Meuraksa kəndində xortumu kəsilmiş halda tapdıqları bir fili müalicə ediblər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə