Misirin cənubundakı Asvan əyalətində güclü leysan və külək müşahidə olunub. Bunun nəticəsində bölgədə sel və qum fırtınası başlayarkən, bölgə əhalisi əqrəblərin hücumuna məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dağlıq ərazilərdə yaşayan əqrəblərin sel və qum fırtınasının təsiri ilə yaşayış məntəqələrinə sürükləndiyi təxmin edilir. Səhiyyə nazirinin müavini İhab Hənəfi, “Cümə günü axşamdan etibarən əqrəb sancması nəticəsində 3 nəfər ölüb, 450 nəfər yaralanıb” deyib. Sel və qum fırtınalarının bölgədəki həyata mənfi təsir göstərdiyi, bəzi evlərin yararsız hala düşdüyü və elektrik enerjisinin kəsilməsinə səbəb olduğu vurğulanıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB