Dəmir yolu relslərini oğurlayan şəxslər məsuliyyətə cəlb olunublar
Noyabrın 11-də Qazax rayonunun Dəmirçilər kəndi ərazisindəki köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, onların barələrində aparılmış tədbirlər nəticəsində həmin şəxslərin Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyənləşdirilib.
Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB