Havanı çirkləndirən sexin sahibi cəzalandırılıb

Havanı çirkləndirən sexin sahibi cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən armatur sexindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov SİA-ya bildirib ki, faktla bağlı sexin sahibi Hüseyn Quliyev barəsində akt, protokol tərtib edilib və o, 4 min manat məbləğində cərimə olunub. Sexdə təmizləyici qurğunun quraşdırılması üçün obyekt sahibinə məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə