.... partlayışda 3 nəfər ölüb, 18 nəfər yaralanıb
Əfqanıstanın Nanqarhar əyalətinin Şpinqar rayonunda məsciddə yerli vaxtla 13:30-da kamikadze özünü partladıb.
SİA “Afganistan International” telekanalınaistinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
İlkin məlumatlara görə, ölənlər arasında iki uşaq, həmçinin, məscidin imamı da var.
Ölən və yaralananların sayının artacağı istisna edilməyib.
Təhlükəsizlik qüvvələri 3 nəfəri şübhəli şəxs qismində saxlayıb.
Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid tvitter hesabında bildirib ki, cinayətkarlar İslam qanunlarına uyğun cəzalandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB