ABŞ-da məktəblərarası matçda qorxulu anlar yaşayıb. İki komanda qızğın mübarizə apararkən gənc qız ona gələn topu qapıya vurmaq istəyib. Məhz bu zaman ona mane olmaq istəyən rəqib komandanın futbolçusu qızı istələyərək yerə yıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, meydanda mübarizə davam edərkən, uşaqların ailələri onlara dəstək olmağa gəlib. Lakin, oyunçunun anası anidən qışqıraraq “onu vurmalısan” deyib. Anasının sözünə qulaq asan gənc bir hərəkəti ilə rəqibini nokaut edib. Ona dəyən yumruqla başına gələnlərə təəccüblənən rəqib komandanın futbolçusu yenidən yerdən qalxa bilməyib və meydanda olan həkimlər tərəfindən xəstəxanaya aparılıb. Hadisədən sonra oyunçunun anası böyük qınağ obyektinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB