Kürdəmirdə yol qəzası baş verib.
Hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 31 yaşlı yerli sakin Məhərrəmov Sərxan Səmid oğlu idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun sərnişini, Ərəbqubalı kəndinin 40 yaşlı sakini Babayev Çingiz Ərzuman oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB