Avtomobillə vurulan piyada ölüb

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Cəbrayılov Zamin Əlikram oğlunu avtomobil vurub.

Z. Cəbrayılov aldığı zərbədən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə