Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, avtoqəza Nardaran qəsəbəsində qeydə alınıb.

Dəniz kənarında yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Axundov Mirsaleh Eldar oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə