Bir çox insanı yaralayan və sonda polisə hücum edən cinayətkar, başqa bir polis tərəfindən vurulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, küçənin ortasında baş verən hücumun görüntüləri sosial mediada paylaşılıb.
Norveçin paytaxtı Osloda baş verən hadisədə yerli mediaya əks olunan görüntülərdə, küçənin ortasında əlində bıçaqla gözləyən təcavüzkara polisin avtomobil ilə vurması əks olunub. Təcavüzkar, dərhal sonra əlindəki bıçaqla avtomobildə olan polisə çoxsaylı bıçaq zərbələri endirib. Digər polis isə anında silahla atəş açaraq cinayətkarı dayandırıb. Norveç mediası bıçaqlı təcavüzkarın polislə yanaşı çoxlu adamı da yaraladığını açıqlayıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB